Ermənilər Mübariz İbrahimovun meyitinin şəkillərini yayıb!

Posted: February 9, 2011 in Uncategorized

Bu gün ermənilər tərəfindən “odnoklassniki” sosial şəbəkəsində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkilləri yerləşdirilib. Azərbaycanlıların və türklərin təhqir olunduğu profil “Tehler Yan” adlı bir istifadəçi tərəfindən yaradılıb və həmin səhifədə şəhid əsgərimizin 4 fotosu yer alıb.  Şəkillərdə Mübariz İbrahimovun belinin sol nahiyəsindən güllə yarası alması, sifəti əks olunub. Digər bir fotoşəkildə isə xərəyə qoyulmuş əsgərimiz əlləri bağlı şəkildə olub. Ermənilərin cəsədindən belə qorxaraq əllərini bağladıqları əsgərimizin şəkillərini nümayiş etdirməsi erməni rəsmilərinin riyakar simasını bir daha təcəssüm etdirir.

Ermənilər Qızıl Xaç Komitəsinin sorğusuna cavab olaraq bildiriblər ki, azərbaycanlı gizir Mübariz İbrahimovun meyiti nə Ermənistanda, nə də Dağlıq Qarabağdadır.

Amma ermənilərin odnoklassniki.ru saytında Azərbaycanın şəhid giziri Mübariz İbrahimovun meyitini əks etdirən fotoşəkillər yerləşdirmələri onların hiylə və yalançılığını bir daha ortaya qoyub.

Həlak olmuş əsgərin meyitinin nə Ermənistanda, nə də Dağlıq Qarabağda olmadığını bildirmişdi. Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov ötən ayın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.

Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s